Vaqif Mustafazadə – The Man I Love

Caz-Muğam Memarından Ölməz İncilər. Qafqaz Melodiyalarının Sehrli Dünyası.

₼125.00

Azərbaycan caz-muğamının banisi, dahi bəstəkar və pianoçu Vaqif Mustafazadənin "The Man I Love" albomu Melody Baku-da! Bu vinyl, sənətkarın həm qlobal caz standartlarına təkrarolunmaz yanaşmasını ("The Man I Love"), həm də milli köklərimizdən süzülüb gələn dərin bəstələrini ("Native Melodies", "Caucasian Pictures") bir araya gətirir. Albomun üz qabığında isveçli cazmen Jan Johansson-un da qeyd etdiyi kimi: "Onun musiqisi heyrətamiz dərəcədə müasirdir, lakin eyni zamanda qədim Qafqaz melodiyalarının sirlərini özündə daşıyır." Bu vinil yalnız yüksək keyfiyyətli musiqi albomu deyil, hər bir evdə fəxrlə qorunacaq milli mədəni mirasdır.

  • Side A (A Üzü - Ümumi vaxt: 23:00)

    1. The Man I Love / Sevdiyim Adam (8:48)

    2. Native Melodies / Doğma Melodiyalar (5:29)

    3. Fantasy On The Chernobrovka Song / Qara Qaşın Vəsməsi Mahnısı Mövzusunda Fantaziya (3:33)

    4. A Gift / Hədiyyə (3:43)

  • Side B (B Üzü - Ümumi vaxt: 24:15)

    1. Caucasian Pictures / Qafqaz Şəkilləri (18:02)

    2. Searching / Axtarışda (3:23)

    3. Pages Of Life / Ömrün Səhifələri (2:12)

  • Səs Formatı: STEREO / 33 ⅓ R.P.M.

  • Janr: Jazz, Muğam Jazz, Folk Jazz