Vaqif Mustafazadə – Lyrical Mood

Lirik Cazın Zirvəsi. Dünyaca Məşhur Pianoçumuzun Ən İncə Melodiyaları.

₼125.00

Amerikalı əfsanəvi caz prodüseri Willis Clark Conover tərəfindən "İndiyə qədər dinlədiyim ən lirik pianoçu" adlandırılan dahi sənətkarımız Vaqif Mustafazadənin "Lyrical Mood" albomu indi Melody Baku-da! Bu albom sənətkarın zəngin daxili dünyasını, incə və romantik duyğularını musiqinin dili ilə dinləyiciyə çatdırır. "Payız yarpaqları", "Gecə prelüdiyası" və "Sözlə Deyə Bilmədiklərim" kimi bənzərsiz kompozisiyalar sizi gündəlik qayğılardan uzaqlaşdıracaq. İstər caz sənətinin incəliklərindən zövq almaq, istərsə də milli musiqi irsimizi kolleksiyanızda yaşatmaq üçün bu vinil ideal seçimdir.

  • Səs Formatı: STEREO / 33 ⅓ R.P.M.

  • Nəşr İli: 2025 (Yenidən işlənmiş yüksək keyfiyyətli səs)

  • Janr: Lirik Caz, Piano Cazı

  • A Üzü (Side A - 19:26):

    1. Lyrical Mood / Lirik əhval-ruhiyyə (5:30)

    2. Fallen Leaves / Payız yarpaqları (2:02)

    3. Lost For Words / Sözlə Deyə Bilmədiklərim (2:25)

    4. The Month Of March / Mart (2:27)

    5. Bemsha Swing / Bemşa Svinq (4:02)

    6. All Alone / Tam Tənha (3:00)

  • B Üzü (Side B - 19:04):

    1. Night Prelude / Gecə prelüdiyası (2:35)

    2. Melody / Melodiya (4:14)

    3. At Midnight / Gecə yarısı (5:46)

    4. Morning / Səhər (6:29)